Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:53

"Monako" klubunun sahibi, rus oliqarx boşanmaqla, 4,4 milyard dollar ödəməlidir - Mətbuat icmalı


Dmitri Rybolovlev futbol oyununu izləyir, yanındakı qadının kimliyi bilinmir
Dmitri Rybolovlev futbol oyununu izləyir, yanındakı qadının kimliyi bilinmir
Ukraynada 150 min macar da muxtariyyət istəyir, ukrayna Rusiyanı Çinə tərəf itələyir. Rusiyalı oliqarx boşanmada dünya rekordu vurur - Mətbuat icmalı

Financial Times qəzeti yazır ki, macar azlığı Ukrayna üçün başağrısına çevrilib. Kiyevin şərq regionları ilə problem yaranmışdı, indi ölkənin qərbində macarlar daha çox muxtariyyət və ikili vətəndaşlıq istəyir. Onların tələblərini Macarıstan dəstəkləyir.
Ukraynada yaşayan macarların sayı 150 mindir. Onlar Transkarpatiya regionunda yaşayır.

Keçən həftə Macarıstanın baş naziri Orban da dedi ki, Ukraynadakı macarlara siyasi muxtariyyət verilməlidir.

Mart ayında isə Macarıstanın 40 QHT-si və dini təşkilatı yeni Ukrayna hakimiyyətinə petisiya verdi . Onlar Ukraynadakı macarlara milli-mədəni muxtariyyət istəyirdi. Ancaq Kiyevdəki hakimiyyət bu müraciətə məhəl qoymadı. Macarıstanın baş naziri Orbanın bəyanatını isə Ukraynanın xarici işlər nazirliyi pislədi. Nazirliyin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü vaxtı belə bəyanatlar yersizdir və ölkədə millətlərarası sülhü laxladır.

UKRAYNA RUSIYANI ÇİNƏ YAXINLAŞDIRIR

Ukrayna böhranı Rusiyanı Çinə tərəf itələyir. Bunu New York Times qəzeti yazır.
Ukrayna böhranından sonra Avropa Rusiya qazından asılılıqdan qurtarmaq istəyir. Rusiyaya qarşı sanksiyalar güclənir. Rusiya məcburdur ki, alternativ axtarsın. Putin son həftələrdə dəfələrlə təkrar edib ki, Rusiya öz iqtisadi gələcəyini Çinlə görür.

Putinin Çinə 2 günlük səfərinin mərkəzində Rusiyanın Çinlə qaz sazişi durur. Sibirdəki yeni yataqdan Rusiya Çinə bu qazı 2019-cu ildə ötürə bilpər. Təhlilçilərin ehtimalına görə, Rusiya-Çin qaz sazişinin qiyməti 14 milyard dollar olacaq. Rusiya Çinə min kubmetri 380 dollardan 38 milyard kub metr qaz satacaq.

Ruisiyalı ekspert Vasily Kashin deyir ki, Qərblə Rusiyanın münasibətləri belə darmadağın olandan sonra Rusiyanın başqa yolu yoxdur.

Rusiyanın Çinlə illik ticarəti 90 milyard dollardır. Rusiyanın Avropa Birliyi ilə ticarəti isə ildə 370 milyard dollara çatır. Rusiyanın ABŞ-la illik ticarəti 26 milyarddır.

"MONAKO" DA ÖZ ADINA DEYİL

Tarixdə ən bahalı boşanma. Guardian qəzeti yazır ki, Rusiyalı oliqarx boşanmaqla, sərvətinin yarısını öz keçmiş həyat yoldaşına verməlidir. Bu isə 2,6 milyard funt sterlinq, yəni təxminən 4,4 milyard dollardır.

Rusiyalı oliqarx Dmitri Rybolovlev Fransanın “Monako” futbol klubunun sahibidir.

Onun keçmiş həyat yoldaşı Galina Rybolovlevanın vəkili olan Marc Bonnant deyib ki, bu, tarixdə ən bahalı boşanmadır. O həmçinin bildirib ki, burda bütün məsələlər rəsmi şəkildə həll olundu, səhnə arxası heç nə qalmadı. Vəkil rusiyalı oliqarx Berezovskinin boşanmasını xatırladır. O vaxt məhkəmə Berezovskinin 220 milyon funt sterlinq ödəməsi haqda qərar çıxartdı, ancaq o sövdələşmənin detalları hələ də məlum deyil.

Rybolovlev indiki məhkəmə qəraraından narazı qalıb və appelyasiya şikayəti verəcək.
Ancaq vəkil Bonnant deyir ki, məhkəmə qərar verəndə Forbes jurnalının qiymətləndirməsini də nəzərə alıb. Forbes Rybolovlevin sərvətini 8,8 milyard dollar qiymətləndirir. Vəkilin sözlərinə görə, boşanma prosesi getdiyi vaxt Rybolevlev öz sərvətinin bir hissəsini ofşor zonalarda ört-basdır etmək istəyirdi.

Dmitri Rybolevlev və onun keçmiş həyat yoldaşı Qalina Perm şəhərində tələbə ikən tanış olublar. 23 il əvvəl Kiprdə evləniblər.

Boşanmalaraına isə 6 il vaxt gedib. Onların Anna adında 13 yaşlı qızları var.

Hazırda 47 yaşı olan Rybolovlev vaxtilə tibb institutunda oxuyurdu, ürək həkimi olmalıdı idi. Ancaq sonra biznesə başladı və Uralkali şirkətini dünyanın ən böyük şirkətlərindən birinə çevirdi.

O, 1996-1997-ci illərdə qətlə sifariş verməkdə ittiham olunaraq həbsdə də yatıb. Həbsxanadan çıxandan sonra Uralkalidəki 53 faiz payını 6,5 milyard dollara satdı.

O, Monakoda indiki mənzilini 300 milyon dollara alıb.

Müqayisə üçün, 24 yaşlı qızı Yekaterinaya Skorpios adlı adanı 150 milyona dollara alıb.

Ancaq boşanma məsələsi qalxandan o, öz adına heç nə almır. Hətta Monako klubunu da öz qızı Yekaterinanın adına alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG