Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Tofiq Qasımova qarşı məhkəmə prosesinin dayandırılmasından 18 il keçir


Tofiq Qasimov

Tofiq Qasimov

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımova qarşı məhkəmə prosesinin dayandırılmasından 18 il keçir. 1996-cı il mayın 22-də Ali Məhkəmə keçmiş nazirin ruhi və fiziki sağlamlıq durumu barədə ekspertlərin rəyləri hazır olana qədər prosesin dayandırılması barədə qərar qəbul edib.

Tofiq Qasımov 1995-ci il sentyabrın 19-da həbs edilmişdi. Ona qarşı həmin ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsi üzvləri ilə hökumət qüvvələri arasında qarşıdurma zamanı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi irəli sürülmüşdü.
1996-cı il fevralın 22-də isə keçmiş nazir səhhətinə görə həbsxanadan buraxılıb.

Haqqında məhkəmə prosesi dayandırılandan sonra Tofiq Qasımov bir müddət Türkiyə universitetlərində dərs deyib. Sonra Norveçə mühacirət edib. Son məlumatlara görə isə Azərbaycanın müstəqilliyi uğrunda uzun müddət mübarizə aparmış 76 yaşlı alim İsveçrədə yaşayır.

O, bir qayda olaraq elmi işlərini davam etdirdiyini bildirərək Azərbaycan mediası ilə təmasdan uzaq durmağa çalışır.

Tofiq Qasımov 1938-ci ildə Ağdaş rayonunda anadan olub. 1987-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına qoşulana qədər Azərbaycan Elmlər Akademiyasının tanınmış alimlərindən biri, fizika-riyaziyyat elmləri namizədi olub. Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında, Ali Sovetin deputatı kimi Azərbaycanın müstəqilliyinin elan elan olunması proseslərində yaxından iştirak edib.

1992-ci ilin mayından 1993-cü ilin aprelinə qədər Azərbaycan Respublikasının Xarici İşlər naziri olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG