Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:31

358 min manat israf olunub


-

Mayın 20-də Baş Prokurorluq məlumat yayaraq, yeyinti faktıyla əlaqədar cinayət işinin başlandığını bildirib. Məlumatda deyilir ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən material daxil olub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmaya başlayıb.

Məlumata görə, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımını qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrinə şübhələr üçün əsaslar yaranıb. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Bu, ünvanlı sosial yardım vasitəsilə dövlət büdcəsindən vəsaitin ilk mənimsənilmə faktı deyil. Bir müddət əvvəl Ağdam rayonunda 86 ailənin aztəminatlı təbəqəyə aid olmadan bu yardımı aldığı üzə çıxarılıb, onların ödənişi dayandırılıb.
XS
SM
MD
LG