Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Ukrayna hadisələrinə görə Neft Fonduna 1,8 milyon ziyan dəyib


Arxiv foto: Kiyevdə valyutadəyişmə məntəqəsi

Arxiv foto: Kiyevdə valyutadəyişmə məntəqəsi

-

Ukrayna hadisələri Azərbaycan Dövlət Neft Fondunun Rusiyadakı investisiyalarının qiymətlərinə mənfi təsir edib.

Neft Fondu mayın 20-də yaydığı açıqlamada bildirir ki, Ukrayna hadisələri nəticəsində qurumun Rusiyada yerləşdirdiyi investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunub. Buna görə də bu ilin ilk 3 ayında Neft Fondu 1,8 milyon zərərə düşüb:

«Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş verib. Bu ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 milyon manat təşkil edib».

Neft Fondu bildirir ki, 2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlirləri 10,1 milyon manat olub. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə əldə edilən gəlir 60,8 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil edib.

Neft Fondu 2012-ci ildən qızıl almağa başlayıb. Hazırda Fondda 30 175 kq qızıl var.

Neft Fondu Rusiya kimi inkişaf etməkdə olan ölkələrə investisiya qoyduğu üçün müstəqil iqtisadçıların tənqidi ilə üzləşmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG