Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:56

Avropa Şurasının baş katibi İlqar Məmmədovun azad olunmasını xahiş edəcək


Thorbjorn Jagland

Thorbjorn Jagland

-

Mayın 20-də Avropa Şurasının baş katibi Thorbjorn Jagland Bakıya gəlib. O, prezident İlham Əliyev, digər hökumət nümayəndələri ilə insan hüquqlarının pozulması məsələlərini müzakirə edəcək.

Baş katib tanınmış müxalifətçi, Avropa Şurasının maliyyələşdirdiyi Siyasi Tədqiqatlar Məktəbinin direktoru İlqar Məmmədovun azad edilməsini xahiş edəcək.

Avropa Şurasının saytının məlumatına görə, baş katib Azərbaycanla bağlı fəaliyyət planını elan edəcək. Fəaliyyət planı Avropa Şurasının irəliləyişlər olmasını gözlədiyi ifadə azadlığı və məhkəmələrin müstəqilliyi sahələrini əhatə edir.

«Çox ümid edirəm ki, Azərbaycan əməkdaşlıq etmək və Avropa standartlarına cavab vermək niyyətini nümayiş etdirmək üçün bu imkandan istifadə edəcək», deyə Thorbjorn Jagland bildirib.

Səfər mayın 21-nə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG