Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:31
-

Rusiya prezidenti Vladimir Putin Şanxayda çinli həmkarı Xi Jinping-lə görüşüb. İran və Orta Asiya liderlərinin iştirakıyla keçirilən 2 günlük konfrans Asiyanın təhlükəsizliyinə həsr olunub.

Putin Çinlə bir neçə milyard dollarlıq qaz sazişi imzalamağa ümid edir. İllərdir bu saziş qazın qiyməti barədə narazılığa görə yubanır.

Çin mediası mayın 19-da Putinə istinadla yazıb ki, saziş üzrə hazırlıqlar «son mərhələyə»
daxil olub.

Putin Rusiyanın enerji satışını şaxələndirməyə çalışır. Ukrayna böhranına görə Avropayla münasibətlər pisləşib.

Səfərdən öncə, Putin Çin-Rusiya əməkdaşlığının genişləndirilməsini «Rusiyanın diplomatik prioriteti» adlandırıb.

Samitdə BMT-nin baş katibi Ban Ki-moon, Özbəkistan və İran prezidentləri də iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG