Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

Siyəzən Qaz istismar Sahəsinin rəisi işdən çıxarıldı [Video]


Yenikənddə köhnə qaz borcu problemi
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Yenikənddə köhnə qaz borcu problemi

-
“Sizin 24 aprel 2014-cü il tarixli “Yenikənddə köhnə qaz borcu problemi” sərlövhəli videomaterialınızla əlaqədar “Azəriqaz” İB rəhbərliyinin 25 aprel 2014-cü il tarixli əmrinə əsasən Siyəzən rayon Qaz istismarı Sahəsində (QİS) müvafiq yoxlama-təftiş işləri aparılıb”.

Azəriqaz İstehsalat Birliyi tərəfindən AzadlıqRadiosuna daxil olmuş məktubda qeyd edilir ki, yoxlama zamanı Siyəzən QİS-də həqiqətən də müəyyən nöqsan və çatışmazlıqlar aşkar olunub. Sahənin xidmət rəisləri Amil Hidayətova, Əli İlyasova və Hilal Həsənova, qazın qəbulu və satışı şöbəsinin rəis müavini Elşən Eyvazova, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi Samir Manafova yazılı xəbərdarlıq edilib.

İşçilərə xəbərdarlıq olunub ki, qısa müddətdə nöqsanları aradan qaldırmasalar, işlərində ciddi dönüş yaratmasalar barələrində daha ciddi tədbir görüləcək.

“Azəriqaz” İB-nin məktubunda qeyd olunur ki, yoxlamaların nəticəsi olaraq mayın 5-də rayon qaz istismar sahəsinin rəisi Faiq Nəsibullayevlə əmək müqaviləsi ləğv edilib.

Bu ilin aprel ayında Siyəzən Qaz İstismar Sahəsinin Yenikənd kəndi üzrə xidmət rəisi Zeynal Tağıyev AzadlıqRadiosunun bölgə müxbirinə abonentlərin debitor borclarının süni şəkildə şişirdilməsindən danışmışdı.

Bildirmişdi ki, bu barədə əlaqədar təşkilatlara yazdığına görə Siyəzən Qaz İstismar Sahəsindəki iş yoldaşları qərəzlilik prinsipi ilə onun və quşçuluqla məşğul olan yaxın qohumlarının ünvanlarına yersiz baxışlar keçirir. Sayğaclar özbaşına çıxarılıb aparılır, abonentlərin ünvanlarına aylarla qaz verilmir. Nəticədə quşçuluq təsərrüfatları məhv olur.
XS
SM
MD
LG