Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Çingiz Abdullayevdən 4 yeni kitab


-

"Qanun" nəşriyyatı detektiv yazarı Çingiz Abdullayevin 4 kitabını Azərbaycan dilinə çevirərək çap edib.

1. NAMƏRDİN ÜSLUBU

Biznes başçıları və satqın siyasətçilər Rusiyanın bitib-tükənməz sərvətlərini hərraca çıxararsa, daha onların gözünə heç nə görünməz. İnsan ovu, kobud oğurluqlar, həyasız yalan və qəddar qətllər, dövlət sərhədləri tanımayan casus şəbəkəsi – qarşıya qoyulmuş məqsədlər üçün istənilən üsullar yarayar. Amma hər zaman namərdlərin yoluna onların fitnə-fəsadından qorxub-çəkinməyən kəslər də çıxır. Dronqo kimi…

2. QANİÇƏNLƏR AYNASI

Qəribə sui-qəsd və ölüm hadisələri paytaxtda əks-səda yaradıb. Bu hadisələrin qəribəliyi onların peşəkar tərəfindən törədildiyilə bağlı deyildi. Maraq doğuran səbəb qurbanların seçilmə üsulu idi. Axı məşhur teleaparıcı və tanınmış iş adamını bir-biri ilə nə birləşdirə bilərdi? Bəs, onsuzda susmağa hazır olan şahidləri aradan götürmək kimə lazım idi?.. Elə bu anda hadisələri araşdırmağa hazır olan cavan jurnalist meydana çıxır. Bütün suallara canı bahasına belə cavab tapmağa razı olan insan. Hətta ölümə meydan oxumağa qadir olan şəxs.

3. MƏHŞƏR AYAĞINDA

O – çox riskli bir peşə sahibidir.

Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu “uydurma tərcümeyi-halla” yaşayır. Təhlükə və yalan içində ömür sürür.

O – xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən supercasusdur. O – hər gün rastlaşdığı ölümlə oynayan həssas oyundaşdır. Lakin o, sonadək – qələbə qazananadək oyun meydanındadır...

Və 4-cü kitab - QAZANILMIŞ CƏHƏNNƏM

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG