Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:02

Gədəbəydə məktəb direktoru təhsil şöbəsinin müdirindən şikayət


Arxiv fotosu

Arxiv fotosu



Gədəbəy sakini Əzizə Rüstəmova AzadlıqRadiosunun “Qaynar xətt”inə rayon təhsil şöbəsindən şikayət edir. Deyir, 1978-ci ildə təyinatla Gədəbəy rayonunun ucqar dağ kəndinə müəllimə işləməyə göndərilib. 1985-ci ildən təyinat yeri rayon mərkəzinə dəyişdirilib. 1986-cı ildən 1996-cı ilə kimi Rayon Təhsil Şöbəsində metodist, 1996-cı ildən 2002-ci ilə kimi rayonun geridə qalmış Arıxdam kənd məktəbində direktor işləyib. 2002-ci ildən Gədəbəy şəhər 1 saylı orta məktəbinə direktor göndərilib:

“Burada da gözəl şərait yaratdım. Rayonda ilk dəfə olaraq şagirdləri məktəbli formasına keçirtdim. Rayonda keçirilən bütün idman yarışlarında həmişə qalib olmuşuq... Bu il 1 nəfər şagirdimizə qızıl medal verilib. Həmin şagirdimiz 630 bal yığaraq BDU-nun hüquq fakültəsinə qəbul olub. Qızıl medal mən direktor işlədiyim müddətlərdə rayon üzrə yalnız mənim rəhbərliyim etdiyim məktəbdən olub. Bütün bu işlərdə bir direktor mənim fəaliyyətim çox olub. Bunlara görə də hər il mənə rayon icra hakimiyyətindən və rayon təhsil şöbəsindən fəxri fərmanlar verilib. Ancaq bu fəxri fərmanlar rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov tərəfindən həmişə könülsüz verilib. Çünki mənimlə heç vaxt arası olmayıb. Hər vəchlə mənim işimə pəl vurmağa çalışıb. İllər uzunu, dəfələrlə məktəbdə yersiz yoxlamalar apartdırıb, heç vaxt heç nəyə nail ola bilməyib. Rayonda və nazirlikdə yaxşı “arxası” olduğu üçün ona söz deyən yoxdur. 2 il əvvəl mənim adım “əməkdar müəllim” fəxri adı almaq üçün nazirliyə göndərildi, ancaq Təhsil Nazirliyində olan yaxınlarının səyi nəticəsində mənim adım qaldı, nazirlikdən bir kənd məktəbinin adı Prezident Administrasiyasına getdi və ona ad verildi. Həmin məktəb direktorunun təqaüd yaşının çatmasına baxmayaraq Ramiz Məmmədov onunla müqavilə bağlayıb işdə saxladı”.

Məktəb direktoru şikayətinə davam edərək bildirir ki, ötən ilin oktyabr ayında təhsil şöbəsinin müdiri onun yaşının çox olması ilə əlaqədar təhsil nazirinə məktub göndərib. Oktyabrın 8-də nazir əmr verib:

“Kollektivimiz Ramiz Məmmədovun məktub yazmasını biləndə 50 nəfərin iştirakı ilə həm prezidentə, həm də təhsil nazirinə müraciət göndərdilər. Mənim direktor kimi məktəbdə qalıb işimi daha 5 il davam etdirməyimi xahiş etdilər”.

Məktəb direktoru deyir, rayon təhsil şöbəsinin müdiri hər il məktəbi ona təmir etdirir:

“Hər il sentyabr başlayanda cibimin puluyla rəng, fırça, sement alıb məktəbi təmir etdirirəm. Həmin malları hansı mağazadan aldığımı da deyə bilərəm. Ancaq hər il bizim, həmçinin başqa məktəblərin təmirinə nə qədər pullar silinir”.

Gədəbəy təhsil şöbəsinin müdiri məktəb direktorunun ittihamlarını qəbul etməyib. Bildirib ki, Əzizə Rüstəmovanın ürəyi dolu idisə, əgər-əskikləri görürdüsə, işlədiyi uzun illər ərzində şikayət edərdi.

Təhsil şöbəsinin müdiri məktəb direktorunun indi şikayət etməsi qərəzli hesab edir. Bunu həmin direktorun yaş həddinə görə işdən azad olunması ilə bağlı təhsil nazirinə müraciət etməsiylə əlaqələndirir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG