Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

Səni yeni aldığım paltarın cibində tapa bilmirəm


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli
-

Aytən Nəsibbəyli


Kibrit çöpü

Göydən yerə düşmək
an məsələsiymiş əslində
Ora çıxmaq nə qədər vaxt da alsa,
hərçənd.
Öyrəndik .
Hə, bu hava dəyişikliyi
baş gicəlləndirir onda.
Yaman güclü olur mədə ağrısı.
və bir də
suçluluq duyğusu.
Ölüb, amma diri qalmaq əskikliyi,
lüksü də əlavə.
Di gəl
ətəkləri çırpmaq vaxtıdır, əzizim.
Qalxan toz bizdən
dahamı
güclü olacaq?
Sanmıram.
Köhnə nə varsa, topla, gəl.
Durma.
Bir kibrit çöpüdür xilaskar indi.
Yetər.
Küllərindən doğulmaq vaxtıdır indi.


*****


Səni
yeni aldığım paltarın cibində
tapa bilmirəm.
Cibi dəlikdi yəqin.
Nə ətir flakonu içində,
nə yaylığımdan asılısan
qarderobumda.
Yaylıq kirlidi yəqin.
Yollar nə yaman uzundu
ayaqqabılar dar.
Yeridikcə açılar,
dedim.
Ayaqqabılar
ucuzdu yəqin.

Yəqin dedim.
Əgər dedim.
Kaş dedim.
Yaman acılı etdim xörəyi
Yaman dadlı.
Nə durub gedə bildim süfrədən mən,
Nə buraxdım bu
yalançı,
cılız
saxta qəhrəman ədaların.
XS
SM
MD
LG