Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:02

Ağ Ev Rusiya qoşunlarının çıxarılmasının əlamətlərini görmək istəyir


Putinin Rusiya qoşunlarını Ukrayna sərhəddindən geri çəkməsi xəbərinə Ağ Ev mayın 19-da reaksiya verərək bildirir ki, “əgər Rusiya şəffaf şəkildə və əhəmiyyətli dərəcədə qoşunları geri qaytarsa, biz bunu alqışlayacağıq.”

Ancaq Ağ Ev əlavə edir ki, qoşunların geri çəkilməsinin “hələ ki, əlamətləri yoxdur”.
ABŞ hökuməti xatırladır ki, Rusiya liderləri bundan əvvəl də qoşunları sərhəddən çəkdiklərini bildirirdilər. Ancaq bu, baş vermirdi.

Buna görə də ABŞ hökuməti bildirir ki, vəziyyəti izləməyə üstünlüklük verir və bir fikir söyləməzdən əvvəl qoşunların çıxarılmasının əlamətlərini görmək istəyir.
XS
SM
MD
LG