Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

70 yaşlı Kərim kişinin sağlamlıq sirri... (VİDEO)


70 yaşlı Kərim kişinin sağlamlıq sirri...
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

70 yaşlı Kərim kişinin sağlamlıq sirri...

.

İmişli rayonunun Ağamalılar kənd kəndinin maraqlı tarixi var. Kənd Kür çayının kənarında yerləşir. Müxtəlif vaxtlarda baş verən daşqınlar yerli əhalini bu yerlərdən pərən-pərən salıb.

Kənd qəbiristanlığında bir neçə yüz il əvvələ aid edilən qəbir daşlarına rast gəlinir.

Yerli sakinlərdən öyrəndim ki, sonuncu dağıdıcı çay daşqını 1943-cü ildə olub və əhali hamılıqla kəndi tərk edib, bir müddət burada yaşayış olmayıb.

Mənə Kərim kişi barədə danışdılar. Dedilər ki, 1962-ci ildə onun ailəsinin bura köç etməyi ilə Ağamalılarda yenidən məskunlaşma başlayıb.

Kərimov Kərim Əlabbas oğlu bu kənddə ilk briqadir, ilk müəllim, ilk və yeganə kolxoz sədri kimi tanınır. Ağamalılar kəndinin yarıdan çoxu onun qohumu və ya törəməsidir.

11 uşağı, 37 nəvəsi, 5 nəticəsi var. Hələ orta məktəbin 10-cu sinfində oxuyarkən ailə həyatı qurub, həyat yoldaşı Telman xanımla 54 ildir ki, birgə xoşbəxt ömür sürür. Kərim kişinin babası 125, atası 99 il ömür sürüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG