Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

İran aktrisasının Kann festivalının 83 yaşlı sədrini öpməsi İranda narazılıq doğurub


Leila Hatami

Leila Hatami

İran aktrisasının 67-ci Kann Film Festivalının sədrini öpməsi Tehrandakı hakimiyyətin xoşuna gəlməyib. Leyla Hatami festival başlananda, təqdimat mərasimində festivalın sədri, 83 yaşlı Gilles Jacobu öpdüyü yerdə şəklini çəkdirib.
Hataminin özü festivalın jurisinin üzvüdür.

Iranın mədəniyyət nazirinin müavini Hossein Noushabadi mayın 18-də deyib ki, Hataminin festivalda “özünü uyğun olan şəkildə aparmaması İranın dini əqidəsinə ziddir”.

Nazir müavini deyir ki, beynəlxalq səhnəyə İran qadını kimi çıxanlar iranlıların şərəf və ləyaqətinin qeydinə qalmalıdıralr. İndiyə kimi beynəlxalq aləmdə İran qadının adına ləkə gəlməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG