Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

Rasmussen Avropada vəziyyəti daha təhlükəli, daha az proqnozlaşdırıla bilən adlandırır


NATO Baş katibi Rasmussen mayın 19-da Brüsseldə mətbuat konfransında deyib ki, NATO bütöv, azad və dinc Avropa məqsədinə doğru uzun bir yol keçib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü Avropanın fundamental ideyasına - hər bir suveren dövlətin öz yolunu seçmək haqqının olmasına sınaqdır.

Rasmussen deyir ki, Avropada tamamilə yeni təhlükəsizlik vəziyyəti yaranıb. Bu vəziyyət daha təhlükəli və daha az proqnozlaşdırıla biləndir.

Rasmussen deyib ki, Rusiya qoşunlarının Ukrayna sərhəddindən geri çəkilməsinin başlanmasının əlamətləri yoxdur.

Kreml mayın 19-da bildirdi ki, Putin qoşunların öz daimi düşərgələrinə geri çəkilməsinə əmr verib.
XS
SM
MD
LG