Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Əvəz Zeynallının qaldırdığı iddia üzrə məhkəmə olub


-
Mayın 19-da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Vergilər Nazirliyinə və Audit Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Əvəz Zeynallı “Xural” qəzetində səyyar vergi yoxlamasının nəticələrinə dair 22 fevral 2012-ci il aktının etibarsız hesab edilməsini istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub. Məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.

Səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatət təmin olunmayıb.
XS
SM
MD
LG