Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

İlyas Əfəndiyevin 100 illik yubileyi UNESKO-nun Baş Qərargahında qeyd edilir


İlyas Əfəndiyev

İlyas Əfəndiyev

-
Dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi UNESKO-nun 2014-2015-ci illər üzrə Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqramına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu əlamətdar hadisənin qeyd edilməsi məqsədilə bu gün—mayın 19-da Parisdə UNESKO-nun Baş Qərargahında İlyas Əfəndiyevin həyat və yaradıcılığına dair fotosərgi, eləcə də, konsert proqramı keçirilir.

Xəbərdə deyilir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyi isə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Baş nazirin müavini Elçin Əfəndiyev və UNESKO-nun Baş direktoru İrina Bokovanın çıxışları nəzərdə tutulub.

İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunan tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG