Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

Media eksperti AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşüb


-
“AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərini daha çox son bir ildə Azərbaycanda ifadə azadlığı, medianın durumu sahəsindəki irəliləyişlər maraqlandırırdı. Mən bu müddətdəki jurnalist həbslərindən, media nümayəndələrinə edilən fiziki-psixoloji basqılardan, medianın iqtisadi durumundakı problemlərdən danışdım”.

Bu haqda AzadlıqRadiosuna mayın 19-da AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debano Grech və Pedro Agramuntla görüşdə iştirak etmiş Media Hüquqları İnstitutunun əməkdaşı Xalid Ağaliyev məlumat verib.

Xalid Ağaliyev deyib ki, o, 10-dan artıq jurnalistin həbsdə olmasından, media nümayəndələrinə 50-dən artıq fiziki-psixoloji basqı hallarının olmasından, bütün bunları araşdırılmamış qaldığından danışıb. “Son fakt olaraq “Yeni Müsavat” qəzetinin əməkdaşının döyülməsini, AzadlıqRadiosu əməkdaşının fiziki hücuma məruz qalmasını həmməruzəçilərin diqqətinə çatdırdıq”.

Görüşdə iştirak edən NİDA vətəndaş hərəkatı idarə heyətinin üzvü Turqut Qəmbər isə ölkədəki siyasi məhbusların vəziyyətindən, həbsdə olan NİDA-çı gənclərdən, facebook fəallarının həbsindən, son prezident seçkilərindən sonra insan haqlarının vəziyyətinin pisləşməsindən danışıb.
XS
SM
MD
LG