Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:20

Rauf Mirqədirov məhkəməyə müraciət edib


-
Həbsdə olan jurnalist Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında ailə üzvləri ilə görüşmək, telefonla danışmaq, istədiyi qəzeti əldə etmək qadağasının götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Bununla bağlı məhkəmə prosesi mayın 27-də Səbail rayon məhkəməsində keçiriləcək.
Bu haqda AzadlıqRadiosuna onun vəkili Fuad Ağayev məlumat verib.

İstintaq qrupunun rəhbəri mayın 7-də Rauf Mirqədirova yaxınlarına zəng etməyi, görüşməyi, qəzet verilməsini qadağan edib.

Rauf Mirqədirov aprelin 19-da Ankaradan deportasiya edilib. Elə həmin gün MTN əməkdaşları tərəfindən həbs olunub. O, dövlətə xəyanətdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG