Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18
La Liqanın sonuncu turunda "Barselona" ilə oyunda zədələnən Atletikonun futbolçuları Arda Turan və Diego Kosta tibbi müayinədən keçiblər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, müayinədən sonra Ardanın zədəsinin ciddi olmadığı bildirilib və onun Çempionlar Liqasının finalında Realla oyuna çıxacağı gözlənilir.

Əzələsi dartılan Diego Kostanın zədəsi isə bir qədər ciddidir və onun final görüşündə oynamaq ehtimalı azdır.

Xatırladaq ki, "Barselona" - "Atletiko" görüşü 1:1 olub və nəticədə Atletiko 18 ildən sonra yenidən İspaniya çempionu olub.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 24-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG