Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Tərtərdə monitorinq keçirilib


-
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər ərazisində monitorinq keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, monitorinq qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində aparılıb və insidentsiz başa çatıb.

Nazirlik bildirir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberg, təmas xəttinin qarşı tərəfində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprshik, səhra köməkçiləri Khristo Khristov və Evgeny Sharov keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG