-
Bu ilin yayında Bakıda dünyanın ən irimiqyaslı musiqi festivallarından olan “Greenfest” rok musiqi festivalı keçiriləcək.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festivalın baş sponsoru və təşkilatçısı “Tuborg” və “All Star Entertainment” şirkətləridir.
İyunda reallaşdırılacaq festivalda Türkiyənin “Duman”, “Mor ve ötesi”, “Manqa” kimi tanınmış rok qrupları çıxış edəcəklər.
“Greenfest” festivalı hər il dünyanın müxtəlif ölkələrinin böyük şəhərlərində keçirilir.
Sözügedən festival 2005-ci ildən keçirilir.
İndiyədək bu festivalda Red Hot Chili Peppers, Metallica, Linkin Park, Limp Bizkit, The Rasmus, Jamiroquai, Fatboy Slim, P!NK, 30 Seconds To Mars kimi əfsanəvi qruplar çıxış ediblər.