Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Vyetnam səfərində Heydər Əliyev xatırlanıb


-
Mayın 19-da prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində Hanoyda sabiq prezident Ho Shi Minin mavzoleyini ziyarət edib, mavzoleyin önünə əklil qoyub.

Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevlə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sangın məhdud tərkibdə görüşü olub.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibli görüşdə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sang Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırladıb. Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirib.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə prezidenti arasında geniş tərkibdə danışıqlar başa çatandan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanma mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər naziri Pham Binh Minh imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Vyetnamın maliyyə naziri Dinh Tien Dung imzalayıb.

Xəbəri president.az saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG