Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

İstilərlə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib


Havaların temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazir Zakir Həsənovun əmrinə əsasən havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməlidirlər. Onlar həmçinin açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG