Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:51
-
Hövsan qəsəbəsindəki 280 saylı orta məktəbin hasarına bitişik olan evdə yanğın baş verib.

Hadisə yerinə olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, kimsəsiz Şikarə İsayevaya məxsus ev taxtadan olduğundan yanğın güclü olub. Əraziyə gələn yanğınsöndürən maşın yanğının öhdəsindən gələ bilməyib.

“Yanğınsöndürən maşın gəldi, amma bir qədər sonra su tükəndi və maşın su dalınca getdi. Ev taxta olduğundan alov çox güclü idi. Demək olar ki, ev tamamilə yandı. Ev sahibəsi yanğın zamanı xəsarət almayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki bəli deyil. Qadın deyir indiyə qədər nəyə sahib olubmuşsa hamısı yanan evdə imiş”.

Sakinlərin AzadlıqRadiosuna dediyinə görə, bir müddət əvvəl 280 saylı məktəbdə yanğından mühafizə ilə bağlı təlimlər keçirilib. Həmin vaxt yandırılan obyektin söndürülməsinə 10-dan artıq yanğınsöndürən maşın cəlb edilibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG