Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:39
-

Laçın rayonunun işğalının 22-ci ildönümü ilə bağlı bu rayondan köçkün düşmüş 50 nəfərə yaxın şəxs mayın 18-də İsmayıllıda yürüş keçiriblər. Yürüş iştirakçıları İsmayıllıdakı «Şəhidlər Xiyabanı»nı ziyarət ediblər. Tədbirdə İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov və bir sıra yerli rəsmilər də iştirak edib.

Tədbirdə köçkünlərdən Vaqif Tanrıverdiyev çıxış edərək, Laçın işğal olunarkən baş verənlər haqda məlumat verib. O deyib ki, Laçın tək laçınlıların deyil, bütün Azərbaycanın ağrılı yeridir:

«Ona görə də hər bir kəs öndə biz olmaqla, Laçın haqda ciddi düşünməliyik».

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin İsmayıllı rayon şöbəsinin sədri Tahir Əliyev isə bunları bildirib:

«Laçın may ayında işğal olunduğu üçün hər ilin may ayı gələndə mənim üçün çox çətin olur. Özüm bütün döyüşlərdə iştirak etmişəm. Çox qəhrəman oğullarımızı itirdik, son anadək vuruşduq. Təəssüf ki, Laçını saxlamağa qüvvəmiz çatmadı. İnanıram ki, tezliklə nəinki Laçın, bütün işğal altında olan torpaqlarımız azad olunacaq».
XS
SM
MD
LG