Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:24

«Azəriqaz» struktur dəyişiklikləri barədə xəbər yayıb


-

ARDNŞ-nin «Azəriqaz» İstehsalat Birliyində mayın 19-da açıqlama yayaraq son günlər bəzi kütləvi informasiya vasitələrində struktur dəyişiklikləri barədə yayılan məlumatları yalanlayıb. Qurum bildirir ki, «Azəriqaz» İB mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunması məqsədilə yeni bir xidmət yaradıb. Xidmət «Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi» adlanır.

Azəriqaz bildirir ki, bu təşkilat qaz kəmərlərinin diaqnostikası; qaz kəmərlərinin üzərində yerləşən kranlarda, kranlı və armaturlu birləşmələrdə, siyirtmə və ventillərdə sızmaların aşkar edilməsi; şəhər qaz şəbəkəsinin diaqnostikası; qaz kəmərinin marşrutu boyu çətin keçilən ərazilərdə baş verən sızmaların axtarılması, təyini və lokallaşdırılması; qazlaşdırılmış obyektlərin ərazilərinə nəzarət edilməsi üzrə xidmət göstərəcək. «Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaq ki, bu da şəhər mühitində və eyni zamanda yaşayış məskənlərindən kənarda qaz kəmərlərində baş verən sızmaların dəqiq koordinatlarının təyin edilməsi üçün son diaqnostik avadanlıqlara malik bir sistemdir. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunub».

«Azəriqaz» İB bir daha bəyan edir ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismarı sahələrinin ləğv edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil və ümumiyyətlə, yaxın vaxtlarda bu region üzrə hər hansı struktur dəyişikliyi gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG