Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

Keçmiş Liviya generalı parlamentin buraxıldığını deyir


General Khalifa Haftar
General Khalifa Haftar
-

Mayın 18-də bir qrup silahlı şəxs Liviya parlamentinə hücum edib. Keçmiş ordu generalı deyib ki, ona sadiq silahlılar Liviyanı islamçı mühafizəkarlardan xilas etmək üçün hücumu həyata keçiriblər.

General Khalifa Haftar bildirib ki, bu, dövlət çevrilişi deyil, ancaq parlamentin legitimliyi yoxdur və hakimiyyəti bu yaxınlarda Liviya konstitusiyasını yenidən yazmaq üçün seçilmiş 60 nəfərlik orqana verməlidir.

Mayın 19-da Liviyanın aralıq hökuməti hücumu pisləyib və generalın bəyanatına fikir verməyəcəyini açıqlayıb.

Təhlilçilərin fikrincə, bu hücum 3 il əvvəl diktator Muammar Qaddafi-ni devirmiş silahlı qüvvələrin dominantlıq etdiyi ölkədə parçalanmanı dərinləşdirəcək.
XS
SM
MD
LG