Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Azərbaycanda yeni gənclər təşkilatı yaranıb


-

Azərbaycanda gənclərlə bağlı yeni ictimai birlik yaranıb. APA-nın məlumatına görə, bununla əlaqədar bu gün keçirilən tədbirdə qeyd olunub ki, yeni təşkilat «Düşüncə» Gənclərin İnkişafına Dəstək» İctimai Birliyi adlanır.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, yaranan yeni birliyin əsas məqsədi gənclərin inkişafına və maarifləndirilməsinə kömək etmək, gənclərin inkişafı ilə bağlı istər dövlət, istərsə də beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini aşılamaq, gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir.

Onun sözlərinə görə, «Düşüncə» Gənclərin İnkişafına Dəstək» İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
XS
SM
MD
LG