Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:33

NATO baş katibi Ukrayna böhranını müzakirə edəcək


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
-

Mayın 19-da NATO baş katibi Anders Fogh Rasmussen-in Brüsseldə Ukrayna böhranını müzakirə edəcəyi gözlənilir. NATO Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsini pisləyib. Hərbi alyans Moskvanı Ukraynanın şərqində gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməməkdə də ittiham edib.

Rasmussen Ukraynadakı böhranın NATO üçün «vəziyyəti əsaslı dəyişdiyini» və Rusiyanı müttəfiqdən çox rəqib kimi davrandığını bildirib.

Mayın 18-də Krım tatarları Stalin tərəfindən sürgün olunmalarının 70 illiyini qeyd ediblər. Mitinq qadağasına əhəmiyyət verməyən yüzlərlə Krım tatarı şəhərin mərkəzi meydanında deportasiya qurbanlarının abidəsi qarşısına toplaşıb, daha sonra şəhər kənarındakı Ağ Məscit qəsəbəsində namaz qılıb. Mitinqdə azı 10 min adam iştirak edib.
XS
SM
MD
LG