Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:05
-

Türkiyə məhkəməsi ilk mərhələdə Soma şaxtasındakı faciə ilə bağlı həbs olunanlardan 4-nü həbsdə saxlayıb. Bunlar Soma mədənçilik işləri müdiri və mədən mühəndisləridir. Onlar «birdən çox insanın ölümünə səbəb olma» və «səhlənkarlıq»da ittiham olunurlar.

İstintaq müddətində mədəndə qazın səviyyəsini ölçən alət incələnib. Məlumata görə, mədəndə karbonmonoksid və metan qazının səviyyəsi normadan xeyli artıq olduğu halda, bu artım «texniki nəzarətçinin dəftərində qeyd edilməyib».

Soma faciəsi ilə əlaqədar ümumilikdə 25 nəfər həbs olunub.

Mayın 17-də şaxtada aparılan xilasetmə işlərinin başa çatdığı, ümumilikdə 301 nəfərin həlak olduğu bildirlirdi.

Mayın 13-də Soma şaxtasında baş verən partlayış və yanğın ölkə tarixinin ən böyük sənaye qəzalarından biridir.

Faciə baş verəndən sonra baş nazir Recep Tayyib Erdoğan və onun kabineti müxalifət tərəfindən ciddi ittihamlarla rastlaşdı, bildirildi ki, şaxta rəhbərliyi və hökumət kömür mədənindəki partlayış təhlükəsi xəbərdarlıqlarını qulaqardına vurublar.

Hökumət ittihamları rədd edir, şaxtada müntəzəm olaraq yoxlamalar keçirildiyini bildirir.

Facidədən sonra İstanbulda və Somada hökumət əleyhinə nümayişlərdə polislə toqquşmalar baş verdi. Somanı ziyarət edən baş nazirin və onun köməkçisinin etriazçılardan birini vurması mediada tənqid dalğası doğurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG