Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

Boko Haram qızların yarısını buraxmağa hazırlaşır


Boko Haramın yaydığı videodan görüntü

Boko Haramın yaydığı videodan görüntü

Niqeriyanin islmaçı Boko Haram qrupu təşkilat liderlərinin həbsdən azad olunması tələbini geri götürür və girov saxladıqları məkətbli qızların yarısını azad etməyə hazırdır.

Məlumatı özünün eksklüziv xəbəri kimi təqdim edən The Telegraph yazır ki, əvəzində islamçıların həbsdə olan üzvlərinin azad olunması üçün danışıqlar gedir.

Qəzet Boko Haram-a yaxın mənbələrə istinad edir və yazır ki, Niqeriya hökuməti ilə Boko Haram arasındakı danışıqları islam dini xadimlərindən biri aparır. Məlumata əsasən, onun Boko Haram yaradıcıları ilə əlaqəsi var.

İndiyə qədər Niqeriya rəsmiləri girov götürülən 200 məktəbli qızın müqabilində terrorçu liderlərin sərbəst buraxlması ehtimalını qətiyyətlə rədd edirdilər. Lakin The Telegraph-ın yazdığına əsasən, danışıqlar məhz bu variantdan gedir və artıq ilkin prinsipial razılıq əldə olunub.

Təqribən 1 ay əvvəl Boko Haram-ın Nigeriyada 200 məktəbli qızı oğurlayıb. Sonradan müsəlman olmayan bu qızların çadrada xorla Quran oxuduqları yerdə videosu yayılıb. Terrorçular bildiriblər ki, qızların Qərb təhsili almasının əleyhinədilər və onları qul kimi satacaqlar.

Qızların azad olunması üçün Nigeraiyadan başlayan ictimai etirazlar tezliklə beynəlaxalq kampaniyaya çevrilib. Dünyanın bir sıra məşhur adamları əllərində «Bizim qızları geri qaytarın» yazısı ilə şəkil şəkdirib mediada yayırlar. Sonuncu dəfə Kann festivalında iştirak edən film ulduzları bu yazı ilə birgə foto çəkdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG