Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:42

Keçmiş general Liviya parlamentinə hücum edir


Liviya. Arxiv fotosu
Liviya. Arxiv fotosu
Tripolidə, Liviyanın parlament binasına silahlı hücum olub. Vəziyyəti təsvir edən parlamentin üzvü Omar Bushah bildirib ki, mayın 18-də ölkənin Milli Konqres binasına daxil olan yaraqlılar onun bir hissəsinə od vurublar.

Silahlı hücuma görə məsuliyyəti üzərinə götürən keçmiş general Khalifa Haftar-ın nümayəndəsi Reutersə bildirib ki, parlamnetə hücum edən Liviya ordusunun əsgərləridir, məqsədləri də islamçı deputatları həbs etməkdir.

Xəbər verilir ki, silahlı hücum baş nazir Ahmed Maiteeq-in formalaşdırdığı yeni hökumətin üzvlərini elan edəndən dərhal sonra baş verib.

Şahidlər deyirlər ki, hərbi texnika karvanı parlament binasına yaxınlaşandan sonra ərazidə güclü atışma atışma başlayıb.

Son məlumatlara əsasən Khalifa Haftar-ın Liviyada Zindan briqadası kimi tanın qüvvələri öz mövqelərinə, Tripoli aeroportu ətrafındakı kazarmalara qayıdıblar.

General Haftar 2011-ci ildə Muammar Qaddafi-yə qarşı döyüşən silahlı qüvvələrin komandanı olub. Sonradan ölkədə formalaşan yeni hakimiyyətlə aralarında ziddiyyətlər yaranıb. Onun keçmiş üsyançılardan yaratdığı Zindan briqadası Liviya hakimiyyətinin əsas problemlərindən biridir. O, islamçıların yeni hakimiyyətdə təmsil olunmasına qarşı çıxır. Bir müddət əvvəl Khalifa Haftar elan etmişdi ki, nazirlər kabineti və parlament buraxılmaılıdır. Onun bəyanatı Liviya hökumətinin bəzi üzvləri tərəfindən silahlı çevriliş cəhdi kimi qiymətləndirildi.

Bir neçə gündür ki, Liviyanın Benqazi şəhərində Haftarın əsgərləri ilə islamçıların 17 fevral briqadası arasında qanlı döyüşlər gedir. Tripoli hakimiyyəti general Haftarın islamçılara qarşı mübarizəsinin qanunsuz olduğunu bildirir. Rəsmi məlumatlara əsasən, bu döyüşlərdə azından 79 nəfər ölüb.

Liviya diktatoru Qaddafinin haklimiyyətdən devrilməsindən 3 il keçməsinə baxmayaraq, ölkənin yeni hakimiyyəti hələ də müxtəlif cəbhələrə parçalanan keçmiş üsyançılarla bacara bilmir. Əllərdə çoxlu silah olduğundan, ölkə müxtəlif yaraqlı qruplaşmaların nəzarətinə bölünən hissələrdən ibarətdir.
XS
SM
MD
LG