Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

Soma faciəsinə görə hələlik 4 nəfər həbsdə saxlandı


Xilasetmə işlərinin gedişini həyəcanla izləyən Soma sakini

Xilasetmə işlərinin gedişini həyəcanla izləyən Soma sakini

Soma şaxtasında faciə ilə bağlı 18 nəfər həbs olunub. Türkiyə mediasında yayılan xəbərlərə əsasən həbs olunanlar arasında kömür mədəninin rəhbərləri də var.

Qəzanın səbəbini araşdıran rəsmi mənbələr hələ ki, istintaqın gedişi haqda məlumat açıqlamır.

Mayın 17-də şaxtada aparılan xilasetmə işlərinin başa çatdığı, ümumilikdə 301 nəfərin həlak olduğu bildirlirdi.

Mayın 13-də Soma şaxtasında baş verən partlayış və yanğın ölkə tarixinin ən böyük sənaye qəzalarından biridir.

Faciə baş verəndən sonra baş nazir Recep Erdogan və onun kabineti müxalifət tərəfindən ciddi ittihamlarla rastlaşdı, bildirildi ki, şaxta rəhbərliyi və hökumət kömür mədənindəki partlayış təhlükəsi xəbərdarlıqlarını qulaqardına vurublar.

Hökumət ittihamları rədd edir, şaxtada müntəzəm olaraq yoxlamalar keçirildiyini bildirir.

Facidədən sonra İstanbulda və Somada hökumət əleyhinə nümayişlərdə polislə toqquşmalar baş verdi. Somanı ziyarət edən baş nazirin və onun köməkçisinin etriazçılardan birini vurması mediada tənqid dalğası doğurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG