Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:05

İnzibati xəta törədənlərlə bağlı təkliflər hazırlanıb



Ombudsman Aparatı ilə Daxili İşlər Nazirliyi inzibati xətaya görə saxlanılan şəxslərlə bağlı yeni təkliflər hazırlayıb.

Bunu AzNews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, təkliflərdə inzibati xətaya görə saxlanılan şəxslərin yaxınları ilə görüşlərin və telefon danışıqlarının sayının artırılması qeyd olunub:

«Hazırda onlara 15 gündən bir yaxınları ilə görüş verilir. Biz tərəfdarıyıq ki, həbs olunanlara həftədə 1-2 dəfə görüş verilsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG