Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50
“Taxılın qayğıya ehtiyacı olan bir vaxtda bizə azot-gübrə vermirlər”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə Saatlı rayonundan zəng vuran fermerlər üzləşdikləri problemdən söz açıblar. Bildiriblər ki, rayon məmurları onları çörəklə imtahana çəkir. Fermer İsaxan Həsənov azot-gübrə verilmədiyini deyir:

“Gübrə verilməsə, bol məhsuldan söhbət belə gedə bilməz. Bu aylarda taxıla azot gübrəsi verilməlidir ki, yaxşı məhsul almaq mümkün olsun”.

Başqa fermer Sadıq Əfəndiyevin sözlərinə görə, bununla bağlı rayon “Aqrolizinq”inə müraciət etdikdə, onlara verilən cavab bu olur ki, azot gübrə verilməsinə Sabirabadda yerləşən regional idarə icazə vermir:

"MƏCBUR EDİRLƏR Kİ, GÜBRƏNİ PULLA ALAQ"

“Deyirlər, gedin sözünüzü “regional”a deyin, bizlik deyil. Rayondakı bütün topdansatış məntəqələrində yetərincə azot gübrəsi var. Bu isə o deməkdir ki, fermerlərə çatası gübrələr “Aqrolizinq” dəllalları vasitəsilə həmin topdansatış məntəqələrinə ötürülüb satılır. İndi, taxılın gübrəyə ehtiyacı olduğu bir vaxtda həmin gübrələr bu məntəqələrdə baha qiymətə satılır. Bu yolla fermerləri məcbur etmək istəyirlər ki, bol məhsul ümidilə həmin gübrəni baha qiymətə alsınlar”.

“Aqrolizinq” ASC-nin Saatlı rayon filialından “Qaynar xətt”ə bildirib ki, hər iki sahibkar filiala rəsmi müraciət etməli, onların müraciəti regional idarəyə çatdırılmalıdır. Yalnız bundan sonra gübrə ilə təmin oluna bilərlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG