Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:17
-

Fransadan Bakıya 151 sərnişin avtobusu gətirilir. «APA-Economics»in «İveco bus» şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə Fransanın «İveco Frans» şirkəti arasında 50 milyon avroluq müqavilə imzalanıb.

Yeni avtobusların 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Oyunları ilə əlaqədar gətirildiyi bildirilir.

«Crealis» modelindən olan avtobuslar sərnişinlərin giriş-çıxışını asanlaşdırmaq, eləcə də fiziki imkanları məhdud olan insanların istifadəsini daha da rahatlaşdırmaq üçün alçaq səthi döşəmə ilə təchiz olunur. Azərbaycana gətiriləcək sərnişin avtobuslarının «Avro-4» standartlarına uyğun olduğu bildirilir.

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı gələcəkdə Fransadan bir-neçə min avtobus gətirilə biləcəyini deyib.

Sərnişin avtobuslarının alınması ilə bağlı müqavilə Fransa prezidentinin mayın 11-12-də Azərbaycana səfəri zamanı imzalanıb.

Hazırda Bakıda sərnişindaşımada istifadə olunan iritutumlu avtobuslarının çoxu Cənubi Koreya istehsalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG