Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Krım tatarlarının deportasiyasının 70 ili tamamlanır (VİDEO)


-

Mayın 18-də Krım tatarlarının Stalin rejimi tərəfindən sürgün olunmasının 70 ili tamam olur.

1944-cü il 200 min Krım tatarı zorla yarımadadan köçürülüb. O zaman tatarları faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edən Sovet diktatoru İosif Stalin bütöv xalqı cəzalandırmaq qərarına gəlmişdi.

Sürgünün ildönümünə bir gün qalmış Krımın indiki rəhbərliyi iyunun 6-dək kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub. Qadağanı Ukraynanın cənub-şərqindəki qarışıqlıqlarla əlaqələndirib. Bundan sonra isə Krım Tatar Məclisi də aksiyanın təxirə salınması ilə bağlı qərar qəbul edib. Əvəzində Məclis tatarları dini mərkəzlərdə və digər yerlərdə toplaşmağa çağırıb.

Hər il on minlərlə adam Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası gününü Simferopolda yürüş etməklə qeyd edir. Mayın 16-da BMT bildirib ki, yarımadanın ilhaqından sonra Krım tatarlarına qarşı işgəncə və təqiblərdən narahatdır.

Rusiya prezidenti Vladimir Putin mayın 17-də Krım tatarlarının nümayəndələri ilə görüşüb. O deyib ki, Rusiya onların həyatını yaxşılaşdıracaq, amma onlar da gələcəklərini Rusiyaya bağlamalıdırlar.

Krım əhalisinin təxminən 12 faizini Krım tatarları təşkil edir. Onlar isə martda Krımın Ukraynadan ayrılaraq, Rusiyaya birləşməsini nəzərdə tutan referendumu boykot ediblər.
XS
SM
MD
LG