Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:43

Çin öz vətəndaşlarını Vyetnamdan çıxarır


Çin əleyhinə aksiya
Çin əleyhinə aksiya
-

Çin əleyhinə nümayişlərdəki qanlı toqquşmalardan sonra Vyetnamdan 3 mindən çox çinli çıxarılıb.

Paytaxt Hanoyda toqquşmalar Çin hakimiyyətinin Cənubi Çin dənizindəki iki ölkə arasındakı mübahisəli ərazi sularında qazma qurğusu yerləşdirmək qərarından sonra başlayıb. Vyetnam və çinli fəhlələr arasında baş verən qarşıdurmada iki Çin vətəndaşı öldürülüb, yüzə yaxın çinli yaralanıb.

Çin öz vətəndaşlarını ərazidən çıxarmaq üçün Vyetnam sahillərinə iki gəmi göndərib.

Mayın 18-də Vyetnam hakimiyyəti anti-Çin aksiyalarının dayandırıldığını bəyan edib.

Polis Çin səfirliyinə doğru getmək istəyən aksiyaçıların qarşısını alıb.
XS
SM
MD
LG