Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:13

11 şəhərdə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir


-

Mayın 18-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. İmtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunub.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məlumat yayıb.

İmtahanda 19 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 minə qədəri I, qalanları IV qrup üzrə imtahan verir.

Abituriyentlərdən 17551 nəfəri Azərbaycan bölməsinin, 1222 nəfəri rus bölməsinin məzunudur. İmtahan verənlərin 12 mini oğlan, 6850 nəfəri isə qızlardır. 57 abituriyent xarici ölkə vətəndaşıdır.

Ən yaşlı abituriyentin 42, ən gənc abituriyentin isə 15 yaşı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG