Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

NATO Daşkənddə ofisini açıb


NATO
NATO
-
NATO Özbəkistan paytaxtı Daşkənddə bürosunu açıb. Büro Orta Asiya ilə əməkdaşlıq edəcək.

Mayın 16-da NATO-nun Orta Asiya və Qafqaz üzrə koordinatoru James Appathurai açılış mərasimində iştirak edib.

O, AzadlıqRadiosunun özbək xidmətinə müsahibəsində bildirib ki, büro «Orta Asiya dövlətləri ilə müttəfiqlər arasındakı əlaqəni asanlaşdıracaq».

James Appathurai Orta Asiya dövlətlərinin Rusiya ilə münasibətlərinə rəqib çıxmaq fikrində olmadıqlarını bəyan edib:
«Biz ona görə burda deyilik ki, kiminləsə rəqabət aparaq və ya öz siyasətində dəyişiklik etmək üçün kiməsə təzyiq edək».

Mayın 16-da James Appathurai xarici işlər naziri Abdulaziz Karimovla Əfqanıstandakı vəziyyəti müzakirə edib. NATO Əfqanıstandakı qüvvələrini 2014-cü ilin sonuna qədər çıxaracaq. Özbəkistan 1994-cü ildən NATO-nun «Sülh naminə Tərəfdaşlıq» layihəsinin üzvüdür.
XS
SM
MD
LG