Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44
-
«BU GÖRÜŞ AZƏRBAYCAN MÜXALİFƏTİ ÜÇÜN ŞANSDIR»

«Yeni Müsavat» qəzeti 17 may tarixli sayında «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə yayımlayıb. «Bu görüş Azərbaycan müxalifəti üçün bir şansdır» adlı müsahibəsində Mehman Əliyev bir müddət öncə Azərbaycanda səfərdə olan Fransa prezidenti François Hollande ilə bir qrup müxalifət lideri və jurnalistin görüşünə toxunub:

«Fransa prezidenti qeyd etdi ki, biz bələdiyyə seçkilərini, seçki qanunvericiliyinin dəyişməsini, ardınca parlament seçkilərini nəzarətdə saxlayacağıq. Azərbaycandakı siyasi proseslərə diqqət olacaq. Burda deyilmədi ki, İlham Əliyevlə konkret hansı məsələlərlə bağlı müzakirələr oldu. Amma mən hesab edirəm ki, bunları vurğulayıbsa, deməli, orda seçki məsələlərinə ciddi şəkildə baxılıb. Vətəndaş cəmiyyəti ilə işin qurulması və onun üçün şəraitin yaradılması məsələləri çox vacibdir. Ona görə də hesab edirəm ki, bu, yeni gündəlikdir, gələcək münasibətlərin gündəliyidir».

«BAŞ TUTMAYAN SÜLH VƏ ATƏŞKƏS»

«Azadlıq» qəzetinin dərc etdiyi «Baş tutmayan sülh və baş tutmayan atəşkəs» yazısında bu il 20 ili tamam olan atəşkəs haqqında Bişkek protokolu təhlil edilir:

«Azərbaycana təcili olaraq atəşkəs müqaviləsi imzalamaq lazım idimi? Qarabağda Azərbaycan artilleriyası – 1992

Qarabağda Azərbaycan artilleriyası – 1992

Bir tərəfdən, ölkə müharibədən yorğunluq hiss edirdi, dövlət hakimiyyət orqanları formalaşmamışdı, cəmiyyət müharibə xəbərləri ilə nəfəs alırdı. Bu xəbərlər isə 1992-ci ilin yay kampaniyasını istisna etməklə qara xəbərlərdən ibarət idi. Get-gedə faciələrin siyahısına yeniləri əlavə edilirdi. Kərkicahan, Malıbəyli, Xocalı, Şuşa, Laçın, Kəlbəcər... 1993-cü ilin ikinci yarısında isə Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın itirilməsi artıq statistika kimi qəbul edilirdi. Məhz buna görə də ilk bir neçə il ərzində Əliyevin piar maşını atəşkəs müqaviləsini əsl diplomatik qələbə kimi təqdim edirdi - O, müharibəni qurtardı! «Qurtardı» və «dayandırdı» sözləri arasında fərqi kimsə eşitmək istəmirdi. Əgər atəş səsləri gəlmirsə, ermənilər Gəncəni təhdid etmirlərsə, deməli, bu, artıq böyük xidmətdir!».

AVROPA KOMİSSARI FRANSIZ JURNALİSTLƏRİN SAXLANMASINI PİSLƏYİB Nils Muižnieks

Nils Muižnieks



«Turan» İnformasiya Agentliyi yazır ki, Avropa Şurasının insan hüquqları komissarı Nils Muižnieks fransalı jurnalistlər - Laurent Richard və Emmanuel Bach-ın Bakıda saxlanmasını və avadanlıqlarının müsadirə olunmasını pisləyib.

O, «Twitter»də öz mikrobloqunda Azərbaycanda fransız jurnalistlərin saxlanmasından və onların materiallarının müsadirə edilməsindən narahat olduğunu bildirib: «Bu, bu sahədə mətbuat azadlığına və insan hüquqlarına növbəti zərbədir».

Jurnalistlər Parisə uçarkən saxlanıblar. Onlar Bakıya prezident François Hollande-nin səfərini işıqlandırmaq üçün gəliblər. Mayın 15-də xüsusi xidmətin işçiləri onların çəkiliş avadanlıqlarını və çəkdikləri materialları alaraq özlərini məcburən Parisə yola salıblar.
Foto: Arxiv

Foto: Arxiv

AZƏRBAYCANDA VƏTƏNDAŞ MƏHKƏMƏNİ ONLAYN İZLƏYƏCƏK

«Azərbaycan» qəzeti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayevin ««Elektron məhkəmə» informasiya sisteminin tətbiqi zərurətdir» adlı məqaləsini yayımlayıb.

Müəllif qeyd edir ki, «Elektron məhkəmə»nin yaradılması məhkəmələrin fəaliyyətinin təkmilləşdirəcək:

«Bu sistemin tətbiqi vətəndaşlara məhkəmələrə elektron formada müraciət ünvanlamaq, proses barədə məlumatları elektron daşıyıcıda operativ şəkildə əldə etmək, məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradacaq. Nəticədə vətəndaşların vaxt itirərək şəxsən məhkəmələrə gəlmələrinə və poçt xidmətlərindən istifadə etmələrinə ehtiyac qalmayacaq».
Akif Əlizadə

Akif Əlizadə


ELMLƏR AKADEMİYASINDA SEÇKİDİR

Yap.org.az saytının dərc etdiyi «Dövlət başçısının AMEA-ya göstərdiyi etimadı tam doğrultmalıyıq» adlı xəbərdə Elmlər Akademiyasına həqiqi və müxbir üzvlüyünə seçkilərdən danışılır. Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, seçkilərin iyunun 27-də keçirilməsi nəzərdə tutulur:

«Həmin seçkilərdə 50-dən artıq yeni üzv seçilməsi nəzərdə tutulur. Seçkilər çox mürəkkəb olduğundan çox vaxt apara bilər. Bölmə rəhbərlərindən, bölmələrin ümumi iclaslarından müraciət edərək onları səfərbərliyə dəvət edirəm. Bu seçkiləri 7 ildən sonra çox yüksək səviyyədə keçirməliyik ki, ölkə prezidenti İlham Əliyevin AMEA-ya göstərdiyi etimadı tam doğrulda bilək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG