Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

Türkiyənin kömür mədənində ölənlərin sayı 300-ə çatdı


Somada xilasetmə, 13 may 2014
Somada xilasetmə, 13 may 2014
-
Türkiyənin Manisa vilayətinin Soma şəhəri ərazisindəki kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 298-ə çatıb.

apa-nın xəbərinə görə, bu rəqəmi enerji və təbii ehtiyatlar naziri Taner Yıldız açıqlayıb. O, indiyə qədər 298 fəhlənin meyitinin çıxarıldığının söyləyərək içəridə 2-3 meyit qaldığını bildirib.

Nazir mədənin bütün ərazisinə təkrar baxış keçirildikdən sonra axtarışların yekunlaşacağını söyləyib.

Mayın 13-də Soma kömür mədənində partlayış və yanğın baş verib. Qəzanın dəqiq səbəbi hələlik bəlli deyil. Qəzadan sonra Türkiyədə 3 günlük matəm elan olunub.
XS
SM
MD
LG