Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Obama gəlirlərini açıqlayıb


Prezident Barak Obama xanımı Michele ilə
Prezident Barak Obama xanımı Michele ilə
ABŞ prezidenti Barack Obama və xanımı öz sərvətlərini açıqlayıblar. Ağ evin saytında qeyd olunur ki, Obamaların sərvəti $7,15 milyon dollara qədərdir.

Onlar pullarının böyük hissəsini ABŞ dövlətinin istiqrazlarında saxlayırlar. Bankda 100 min dollara qədər pulları var.

Ötən il Obamanın illik maaşı təxminən 400 min dollar olub, kitablarından isə 70 min dollar gəlir götürüb.

Obamalar ötən il 32 təşkilata ümumilikdə 60 min dollar məbləğində iyanə veriblər. Bunun 8 min dolları veteranların ailəsinə kömək edən Fisher House Fonduna köçürülüb.
XS
SM
MD
LG