Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23
-

Məşhur yazıçılardan məsləhətlər


“Yazı yazdığın zamanı və məkanı başqalarından qoru. Heç kəsi ora buraxma, hətta sənə ən dogma olan adamları da”.
Zadie Smith


“Səbr, səbr, səbr, yenə də səbr. Yazmağa, tələsmə, özünü zorlama. Bir çoxları özünü məcbur edir, heç nə də alınmır. Sadəcə, gözlə, özü gələcək”.
Toni Morrison


“Mükəmməllik o demək deyil ki, yazıya əlavə olunası bir şey qalmayıb, mükəmməllik odur ki, yazıdan çıxarılası artıq şey qalmayıb”.
Antoine de Saint-Exupery


“Əgər özün haqda həqiqəti demirsənsə, deməli başqaları haqda da deyə bilməzsən.”
Virginia Woolf
Sylvia Plath

Sylvia Plath


“Yaradıcılığın birinci düşməni özünə inamsızlıqdır”.
Sylvia Plath


“Möhtəşəm kitab yazmaq üçün möhtəşəm də mövzu seçmək lazımdır”.
Herman Melville


“Hər sözün mükəmməl olacağı yığcam, miniatur əsərlərlə əlləşmə. Yazı texnikası oxucunu əsərdən ayrılmağa qoymayıb cümlədən cümləyə daşımaq üçündür, onun yadında isə yalnız məzmun qalır”.
Joyce Carol Oates
Huffington Post

Günün bütün mövzuları

XS
SM
MD
LG