Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Türkiyənin Soma şəhərində hökumət əleyhinə nümayişlər olub


Soma
Soma
Mayın 15-də Türkiyənin Soma şəhərində nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Somada Türkiyə tarixində ən böyük mədən qəzasında 284 şaxtaşı həlak olub. 18 şaxtaçı hələ də yerin altındadır.

Nümayişçilər Türkiyə hökumətinin belə qəzaların qarşısını almaq üçün kifayət qədər iş görməməyinə etiraz edirlər.

Qəzadan keçən 3 gündə İstanbul, İzmir, Ankara şəhərlərində etiraz nümayişləri olub.

Baş nazir Erdoganın köməkçisinin etirazçını təpikləməsini göstərən videonun yayılması etirazçıları lap qəzəbləndirib. Həmin video Erdogan mayın 14-də Somaya gedəndə çəkilib.
XS
SM
MD
LG