Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:24

Çex siyasətçisi Avropanı islamlaşmaqdan qorumaq şüarı ilə təşviqat aparır


Volfovanın seçki çarxı

Volfovanın seçki çarxı

Mayın 22-dən 25-nə qədər Avropa Birliyinə üzv dövlətlərdə 751 yerlik Avropa Parlamentinə seçkilər keçiriləcək. Parlamentə düşmək istəyən müxtəlif ölkələrin siyasi qrupları işsizlik, mühacirətin nizamlanması, iqtisadi böhranla mübarizə və başqa məsələləri öz təşviqat kampaniyalarında önə çəkirlər.

Çexiya parlamentinə düşə bilməyən Suverenlər Partiyası və əsas namizədi olan Jana Volfova öz təşviqat çarxlarının birini müsəlmanlara qarşı çağırışları üzərində qurub.

Videonu buradan izləyə bilərsiniz


Reklam çarxında çadraya bürünən Volfova deyir ki, “Siz doğrudan da gündə 5 dəfə allaha ibadət eləməyə məcbur edilmək istəyirsinizmi? dSiz qızını və ya nəvənizin belə bqapalı gəzməsini, öz oğlan dostunu küçədə öpməyə görə daşqalaq edilib öldürülməsini istəyirsinizmi? Əgər istəmirsinizsə, o zaman bizə, öz bildiyi mühacirət qanunlarını sırımağa çalışan Brüsselə qarşı səsini çıxardacaq namizədə səs verin. Və Xristian Avropa dəyərlərini islamlaşmaqdan qoruyaq”.

Çexiyada müsəlmanların ümumi sayı 0.1 faizdən də azdır və Çexiya Avropada müsəlmanların ən az yaadığı ölkələrdəndir. Bütün bu faktorları nəzərə alan yerli media buna qədər keçirdiyi seçki kampaniyalarında uğursuzluğa düçar olan və parlamentə düşə bilməyən Suverenlər partiyasının indiki seçkidə də uğur qazanacağı gözləmir.

Şərhləri göstər

XS
SM
MD
LG