Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Hamilə qadın xristiana ərə getdiyi üçün edam cəzası alıb


Daşqalaq edilməklə edama hazırlanan qadın

Daşqalaq edilməklə edama hazırlanan qadın

Sudan məhkəməsi 27 yaşlı hamilə qadını 100 şallaq cəzası və edam cəzası verib.
Meriam Yehya İbrahim dinini danmaqda və zinada günahkar bilinib. Onun həyat yoldaşı, əlil olduğu üçün arabada gəzən xristian Daniel Wani isə deyir ki, əslində ittihamların heç bir əsası yoxdur.

Meriam 6 yaşında müsəlman atası öləndən sonra xristian olan anası tərəfindən xristian kimi böyüdülüb. Bu üzdən də indi xristianla ailə qurub. Xartum məhkəməsi isə onu xristian kimi yox, atası üzündən müsəlman kimi tanıyır. Müsəlman qadının isə xristianla kilsədə ailə qurub hamilə qalmasını məhkəmə zina olaraq qiymətləndirib, buna görə ona edam cəzası verib.

Meriam məhkəmədə özünün müsəlman yox, xristian olduğunu bildirdiyi üçün isə ona əlavə olaraq dini danmaq ittihamıyla 100 şallaq cəzası verilib.


Məhkəmə prosesi Meriamın qardaşı üzündən başlayıb. Meriamın qardaşı polisə müraciət edib ki, bacısı neçə ildir itkin düşübmüş və indi xristian kişiylə ailə qurmasından şikayətçidirlər.

Amnesty İnternational Meriam İbrahimi dini əqidəsinə həbsə olduğunu bəyan edib və bir sıra yerli hüquq müdafiə təşkilatları, o cümlədən Qərb dövlətlərinin səfirlikləri ilə birgə hamilə qadının cəzasının qaldırılması üçün hökumətə müraciət edib.

Ancaq daha öncə Sudanda olan təcrübəyə görə, hamilə və ya südəmər körpəsi olan anaların uşağını ya doğması və ya da südəmər uşağın süddən kəsilməsini gözləyir, sonra isə edamı icra edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG