Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15
-

«Avropa Şurasının yay sessiyası ərəfəsində böyük bir əfv fərmanı imzalanacaq».

Bunu AzadlıqRadiosuna müsahibəsində parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

«Hesab edirəm ki, həbsi mübahisə predmeti olan və mübahisəli şəxslərlə bağlı böyük bir əfv fərmanı veriləcək. Bu ay bunun şahidi olacağıq. Bizim mütəmadi dövlət orqanlarının rəhbərləri ilə görüşlərimiz bunu deməyə əsas verir».

Çingiz Qənizadə deyir ki, bir neçə hüquq müdafiəçisi ilə birgə əfvlə bağlı bir müddət əvvəl prezidentə müraciət də ediblər.

Sonuncu əfv fərmanı 2013-cü ilin oktyabrında imzalanıb. Bu fərman 150-dən çox məhbusa şamil olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG