Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:17

Sərhədsiz Reportyorlar Pərviz Həşimliyə hökmü pisləyir


«8 ay həbsdə saxlandıqdan sonra Pərviz Həşimlinin həbsi tənqidi səsləri susdurmaq üçün bir məqsədə yönələn yeni siyasi maxinasiya kimi görünür».

Sərhədsiz Reportyorlar jurnalistləri müdafiə təşkilatı jurnalist və ictimai fəal Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə hökmünü pisləyib.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Johann Bihr bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladığı bir vaxtda jurnalist haqqında belə hökmün çıxarılması təşkilatı çox narahat edir.

Bəyanatda deyilir ki, ümumilikdə Azərbaycanda informasiya azadlığı və insan haqları ilə bağlı vəziyyət narahatlıq doğurur, plüralizm gün-gündən yoxa çıxır:

«Mayın 14-də ölkə Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb. Eyni zamanda ən çox insan hüquqlarının pozulduğu 47 repressiv ölkələrdən biridir. Öz peşə fəaliyyətinə görə azı 10 jurnalist həbsdədir. Belə görünür, İlham Əliyev onu tənqid edən bütün səsləri susdurana qədər heç kim onun qarşısını ala bilməyəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG