Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Türkiyənin mədən şirkəti bildirir ki. qəzada onun heç bir səhlənkarlığı olmayıb


Türkiyədə 284 şaxtaçının həlak olduğu mədənin operatoru olan şirkət bildirir ki, bu qəzada şirkətin heç bir səhlənkarlığı olmayıb.

Soma Holding şirkətinin rəhbəri Akin Celik qəzanın vurduğu ziyan barədə də dəqiq məlumat olmadığını deyib.

Rəsmilər yerin altında hələ də 18 adamın qaldığını bildirirlər.

Hökumətin sözçüsü isə mayın 16-da məlumat verib ki, 2009-cu ildən bəri bu mədəndə 11 dəfə yoxlama olub.

O, hökumətin təhlükəsizlik qaydalarının pozulmasına göz yumması haqda iddiaları rədd edib.

Somada daş kömür mıədənində mayın 13-də qısa qapanmadan partlayış oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG